EN

Ürəkdə kiçik beyin aşkar edildi: bu funksiyanı icra edir

Ürəyin öz sinir sisteminə malik olduğu aşkar edilib. "Mini beyin" adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.

Publika.az xəbər verir ki, bu barədə İsveçin Karolinska İnstitutunun və ABŞ-ın Kolumbiya Universitetinin alimləri tədqiqat aparıblar.

Uzun illər ürəyin beyinə bağlı avtonom sinir sistemi vasitəsilə idarə olunduğu düşünülürdü. Ancaq araşdırmalar göstərib ki, ürək divarındakı bu sinir şəbəkəsi düşünüldüyündən daha çox mürəkkəb quruluşa malikdir və ritm tənzimlənməsində müstəqil rol oynayır.

Tədqiqat ürəkdə müxtəlif funksiyaları olan bir neçə növ neyron müəyyən edib. Bunlardan biri ürəyin "təbii stimulyatoru" kimi fəaliyyət göstərən bir qrup neyrondur.

Chosen
21
2
publika.az

8Sources