EN

"Gələn il Astara terminalının inşası tam yekunlaşacaq" -ADY sədri

Orta Dəhliz üzrə yükdaşımaları 100 % yaşıl enerji ilə təmin ediləcək.

Oxu24.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

"Dekarbonizasiya ilə bağlı bizim Asiya İnkişaf Bankı ilə layihəmiz həyata keçirilir. Bu günlərdə Asiya İnkişaf Bankının missiyası Bakıda idi. Dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin olaraq razılıqlarını bildiriblər. Bununla da biz demək olar ki, Orta Dəhliz üzrə yükləri 100 % yaşıl enerji ilə daşınmasını təmin etmiş olacağıq", - deyə R.Rüstəmov bildirib. 

O qeyd edib ki, "Şimal-Cənub" layihəsi ilə bağlı Rusiya və İran dəmir yolları ilə görüşlər olub:

"Keçən ay Daşkənddə Rusiya dəmir yolları qurumunun rəhbəri ilə görüşəndə də bu məsələ ətrafında müzakirələr apardıq. Növbəti il yalnız Şimal-Cənub deyil, həm də Cənub-Şimal istiqamətində də yük daşımaları planlaşdırılıb. Gələn həftə İran dəmir yollarının rəhbəri ilə görüşümüz gözlənilir. Ötən ay İranda olarkən qəbul etdiyimiz fəaliyyət planına uyğun olaraq, Astara terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalı tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq".

Chosen
19
11
oxu24.com

10Sources