EN

Ukraynaya xarici qoşun gətirilir? - Məqsəd nədir?

Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina diqqətçəkən açıqlama verib. 

O bildirib ki, Ukrayna xarici qoşunların ölkəyə yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.

Qeyd edək ki, son günlərdə başda Fransa olmaqla bəzi Qərb ölkələrinin Ukraynaya sülhməramlı göndərmək istədiyi deyilir.

Mövzu ilə bağlı politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlama verib. O söyləyib ki, 20 yanvarda ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı ilkin təəssüratlar formalaşmağa başlayacaq:

364105

"Əslində, bu müharibəni bitirmək asan məsələ deyil. Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirməyi vəd edirdi. Lakin artıq özü də bunun mümkün olmadığını bildirir.

Nəzərə almaq lazımdır ki, nə Rusiya, nə də Ukrayna da bu müharibədə qalib gəldilər. Hər iki ölkə ciddi itkilərlə üzləşdi. Hətta hazırda Rusiya beynəlxalq müstəvidə legitimliyini itirmək təhlükəsi ilə üz-üzədir".

Ekspert hesab edir ki, Ukrayna beynəlxalq sülhməramlıların fonunda atəşkəsə hazırdır:

"Əgər bu müharibə dayanacaqsa, Ukrayna tərəfi beynəlxalq sülhməramlıların ölkəyə gətirilməsi ilə bağlı çağırışlar edə bilər. Ümumiyyətlə, rəsmi Kiyev xarici qoşunların Ukraynaya gətirilməsini deyəndə sadəcə sülhməramlıları nəzərdə tutur. 

Çünki Donald Tramp hakimiyyəti dövründə müharibənin qızışmasına səbəb olacaq addımların atılmasına imkan verməyəcək. Yəni Fransa kimi ölkələrin Ukraynaya qoşun göndərəcəyini zənn etmirəm. Bu, NATO-nun müharibəyə qoşulması olar. Ona görə də bu versiyanı istisna edirəm".

Pərviz

Chosen
38
31
hit.az

10Sources