EN

Naxçıvanda keçirilən hərrac və müsabiqələrdən büdcə daxilolmaları açıqlanıb

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında keçirilən hərrac və müsabiqələrdən büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə artaraq 1371,8 min manat, bələdiyyələr üzrə daxilolmalar isə 2,1 dəfə artaraq 409,7 min manat təşkil edib.

Bu barədə Muxtar Respublikanın Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Abbas İsmayılov bildirib ki, hesabat döründə hərraclarda kiçik dövlət müəssisələrinin və qeyri-yaşayış sahələrinin satışından ümumilikdə 898,1 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 dəfə çoxdur.

Chosen
27
1
vergiler.az

3Sources