EN

Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvləri oldu

2007-ci ildə Avropa Birliyinə daxil olan Bolqarıstan və Rumıniya da quru yolu ilə Şengen AB vizasız səyahət zonasına qoşulub.

Turkustan.az xəbər verir ki, Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb.

İki ölkə martın 31-də Aİ-nin dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edilib.

Bildirək ki, Bolqarıstan və Rumıniya sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya tərəfindən Şengenə qoşulmağa mane olmuşdu.

İmmiqrasiya və korrupsiya kimi əsaslarla qeyd-şərtlərini irəli sürən ölkələrdən biri olan Vyana vetosunu geri götürəcəyini açıqladı.

Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar.

Aytən Yaşar/ Turkustan.az

Chosen
19
7
turkustan.az

10Sources