ABŞ-ın yeni seçilmiş prezidenti qeyd edib ki, bu qərarla qətiyyən razı deyil.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevi Rusiyaya Amerika istehsalı olan raketlər atdığına görə tənqid edib: "Mən qəti şəkildə razı deyiləm. Niyə bunu edirik? Biz sadəcə olaraq bu münaqişəni gücləndiririk" deyə, o, bildirib. Siyasətçinin fikrincə, Yaxın Şərqdəki vəziyyət Ukraynadakı münaqişədən daha asan problemdir.
Tramp həmçinin Baydenin ATACMS raketlərini Rusiya Federasiyasının dərinliklərinə endirmək qərarını təhlükəli və axmaq adlandırıb.
"Bu, çox qeyri-sabit vəziyyətdir. Düşünürəm ki, indi ən təhlükəli şey Zelenskinin, prezident Co Baydenin təsdiqi ilə Rusiyaya raket zərbələri endirməyə qərar verməsi zamanı baş verənlərdir. Məncə bu axmaq bir qərardır" - deyə, Tramp"Time" jurnalına verdiyi müsahibədə vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az