EN

Dominikanlı beysbolçu idman tarixinin ən bahalı müqaviləsinə imza atıb

Bakı, 12 dekabr, AZƏRTAC

Dominikan Respublikasından olan beysbolçu Xuan Soto idman tarixinin ən bahalı müqaviləsinə imza atıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ Beysbol Liqasında (MLB) çıxış edən “Nyu York Mets” komandası ilə 765 milyon dollar dəyərində 15 mövsümlük sözləşməyə qol çəkib.

26 yaşlı idmançının illik qazancı 50 milyon dollar olacaq.

Əvvəlki rekord İspaniyanın "Barselona" klubunda 4 mövsümə 674 milyon dollar qazanan argentinalı ulduz futbolçu Lionel Messiyə məxsus olub.

Chosen
20
azertag.az

1Sources