Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvləri olub. Metbuat.az xəbər verir ki, Bolqarıstan və Rumıniya quru yolu ilə Avropa İttifaqının Şengen səyahət zonasına qoşulub. Məlumata görə, Avropa İttifaqı ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb. Bundan əvvəl iki ölkə dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edilmişdi. Qeyd edək ki, bundan əvvəl Hollandiya, Macarıstan və Avstriya, Bolqarıstan və Rumıniyanın Şengenə daxil olmasını bloklamışdı. Bu ölkələr Bolqarıstan və Rumıniya ilə bağlı miqrasiya və korrupsiya kimi məsələləri irəli sürmüşdü. Ardınca məsələlər həllini tapmış, Hollandiya və Macarıstandan sonra Avstriya da vetosunu geri çəkmişdi.