EN

Mirşahin Kobaxidzedən müsahibə aldı: Baş nazir azərbaycanlı jurnalistə deyib ki...

Gürcüstanın hakim partiyası olan “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze, Real TV-nin rəhbəri Mirşahin Ağayevə müsahibə verib.

Musavat.com xəbər verir ki, Mirşahin Ağayev bu barədə özünün sosial media hesabında elan edib. Sitat: "Hörmətli oxucular, tamaşaçılar, dinləyicilər, seyrçilər. Gürcüstanın Baş naziri istefaya getməyə hazırlaşmır! İrakli Kobaxidzenin Real TV-yə müsahibəsinə baxsanız, daha ciddi məlumatlara, respublikanın əslində nələrə hazırlaşdığına bələd olacaqsınız. Prezident seçkiləri ərəfəsində Gürcüstanı nə gözləyir? Ölkə hansı qüvvələrlə qarşı-qarşıyadır!? Belə suallar çoxdur!"

Kobaxidze müsahibədə Gürcüstanın prezident seçkiləri öncəsi hansı addımları atacağı və ölkəni gözləyən siyasi çağırışlar haqqında ətraflı məlumatların yer aldığını bildirib.

Baş nazir azərbaycanlı jurnalistə Gürcüstanın siyasi sabitliyinin təmin olunması üçün görülən işlərdən danışıb və ölkənin yaxın gələcəkdə hansı güclərlə üzləşəcəyinə dair fikirlərini bölüşüb. Müsahibənin əsas məqamlarından biri, prezident seçkiləri ərəfəsində Gürcüstan hökumətinin strateji planları ilə bağlı olan açıqlamalardır.

REAL TV-nin hazırladığı bu xüsusi buraxılışı sabah saat 21:00-da izləyə bilərsiniz.

Qeyd edək ki, müsahibə Gürcüstanın paytaxtı Tiflisdə baş tutub və bu görüş, regional və beynəlxalq medianın diqqət mərkəzindədir. Musavat.com-un əldə etdiyi məlumata görə, müsahibə həmçinin Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinə də işıq salır.

Daha ətraflı məlumat üçün sabah yayımlanacaq proqramı izləməyi unutmayın.

 

Musavat.com

Chosen
25
musavat.com

1Sources