EN

Fransa İsrail ordusunu Suriyadan çıxmağa çağırdı

Fransa Xarici İşlər Nazirliyi İsraili Suriyada işğal olunmuş bufer zonadan çıxmağa çağırıb. Metbuat.az xəbər verir ki, nazirlik Əsəd rejiminin devrilməsindən sonra İsrailin onunla Suriya arasındakı bufer zonanı işğal etməsinə reaksiya verib. Açıqlamada deyilir ki, İsrail Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Açıqlamada deyilir ki, İsrail və Suriya arasında bufer zonada hər hansı hərbi qüvvələrin yerləşməsi 1974-cü il razılaşmasının pozulmasıdır. Bəyanatda deyilir ki, Fransa İsrailin bölgədən çəkilməsini və Suriyanın ərazi bütövlüyünə hörmət etməsini tələb edir.

Qeyd edək ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail ordusu Suriya ərazisinə daxil olub. ABŞ tərəfi iddia edib ki, bu müvvəqətidir. Bildirilir ki, Əsəd rejiminin devrilməsindən sonra ona sadiq qüvvələr bölgədən çəkilib və ərazidə boşluq yaranıb. Bu ərazilərin terrorçuların nəzarətinə keçməməsi üçün İsrail müvəqqəti olaraq bölgəyə daxil olub.

Chosen
32
27
metbuat.az

10Sources