EN

Çin 2035-ci ilə qədər demoqrafik böhranla üzləşəcək

2035-ci ilə qədər Çin iqtisadi və demoqrafik gərginliklə üzləşə bilər. Bunu Fuşun şəhərindəki vəziyyət sübut edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.

Qeyd edilib ki, şəhər gənclərin çatışmazlığı və yaşlı əhalinin sayının artması ilə üzləşib. Əvvəllər Fuşun dövlət investisiyalarında lider, ölkənin ağır sənayesi olan on ən böyük şəhərindən biri idi və müəyyən bir zamanda Çinin neft hasilatının 50%-ni və kömür istehsalının 10%-ni təşkil edirdi.

Nəşr qeyd edib ki, Fuşun hazırda demoqrafik böhranla üz-üzədir. Beləliklə, şəhərdə bir qadına düşən doğum səviyyəsi 0,7-dir. Əhalinin davamlı cavan saxlamaq üçün göstərici 2.1 səviyyəsində olmalıdır. Vəziyyətə "bir ailə, bir uşaq" siyasəti və Çinin kömürdən istifadə etməkdən imtina etməsi təsir edib.

Müəlliflər 2022-ci ildə şəhərin əhalisinin azalmağa başladığını vurğulayırlar. Onların proqnozuna görə, 2035-ci ilə qədər analoji vəziyyət bütün Çində müşahidə olunacaq.

Oktyabr ayında Xiamen Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Dinq Çanqfa Çinin üzləşdiyi ciddi demoqrafik problemlər fonunda çinli kişilərin başqa ölkələrdə arvad axtara biləcəyini söyləyib. Onun sözlərinə görə, hazırda Çin həyata keçirilən "bir ailə, bir uşaq" siyasəti nəticəsində yaranan gender balanssızlığı və əhalinin qocalması problemi ilə üzləşib.

Aydın

Chosen
54
1
qaynarinfo.az

5Sources