Yeni Dehlidə Ermənistan-Hindistan-İran üçtərəfli formatında 2-ci məsləhətləşmələr baş tutub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məsləhətləşmələr zamanı XİN nümayəndə heyətləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, bu kontekstdə Çabahar limanının rolunu qeyd ediblər.