EN

Tarixdə bu gün – 13 Dekabr

Bakı, TurkicWorld

1522 Osmanlı sultanı I Süleyman Rodosun təslim olmasını tələb etdi.

1642 Hollandiyalı dənizçi Abel Tasman Yeni Zelandiyanı kəşf etdi.

1754 Osmanlı sultanı III. Osmanın səltənəti başladı

1789 Fransada Milli Qvardiya yaradıldı.

1914 Mesudiye döyüş gəmisi Çanaqqalada İngilis sualtı qayığı tərəfindən batırıldı.

1937 Yaponiya İmperator Quru Qoşunları Çin Respublikasının paytaxtı Nankinqi tutdular.

1943 Ankarada İkinci Mətbuat Konqresi keçirildi.

1949 İsrail Qüdsü paytaxt elan etdi. Ərəb-İsrail müharibəsindən sonra Köhnə şəhər və Şərqi Qüds İordaniyada, Qərbi Qüds isə İsraildə qaldı. Şəhər BMT-nin qərarlarına əsasən beynəlxalq şəhər elan edilib.

1959 Arxiyepiskop Makarios müstəqil Kipr Respublikasının prezidenti seçildi.

1960 Ankara Hərbi Vəziyyət Komandanlığı “Yeni Gün” və “Öncü” qəzetlərini 3 gün müddətinə bağladı.

1974 Maltada respublika elan edildi.

1981 General Wojciech Witold Jaruzelski Polşada hərbi vəziyyət elan etdi və 14 min həmkarlar ittifaqı işçisi həbs edildi.

1983 Türkiyə Cümhuriyyətinin 45-ci Hökuməti 1-ci Özal Hökuməti (13 dekabr 1983 - 21 dekabr 1987) vəzifəyə başladı.

1995 Avropa Parlamenti Türkiyə ilə imzalanan Gömrük İttifaqı sazişini təsdiqlədi.

1996 Kofi Annan Birləşmiş Millətlər Təşkilatının Baş katibi seçildi.

2002 Avropa Birliyinin Genişlənməsi 2004-cü il mayın 1-dən etibarən 10 yeni dövlətin üzv olacağını elan etdi.

2003 ABŞ hərbi qüvvələri İraqın devrilmiş prezidenti Səddam Hüseyni İraqda gizləndiyi yerdə ələ keçirdilər.

Chosen
17
turkic.world

1Sources