EN

İbrahim Kalın Dəməşqə niyə gedib? - ŞƏRH

Türkiyə-Suriya münasibətlərinin yenidən qurulması fonunda baş tutan bu səfər regional təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətli hesab olunur.

Mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, İbrahim Kalın Dəməşqə səfəri əhəmiyyətlidir.

Onun sözlərinə görə, bu, Bəşər Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir:

Ərdoğan : Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur
"Aydındır ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib. Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var. Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu Türkiyənin də xeyrinədir.

Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken sabah Ankaraya gedəcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər.

Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər".

Həmidə İbrahimova
AzVision.az
Chosen
25
7
azvision.az

8Sources