Bakı. Trend:
Xarici ölkələrdəki ticarət nümayəndəliklərinin maaşı artıq“Diplomatik xidmət haqqında” Qanuna əsasən müəyyən ediləcək.
Trend xəbərverir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” Qanuna təklifolunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlətməvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının xariciölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarınınişçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyatxərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailəüzvlərinin təhsil haqqı və bu Qanunda (“Dövlət qulluğu haqqında”)nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.