EN

Hizbullah Əsəd sonrası çətinliklərə tab gətirəcəkmi?

Bakı, TurkicWorld\ArabAz

Suriyada Bəşşar Əsəd rejimin çökməsi İran ilə Hizbullahən bir-birindən quru yolu ilə ayrılmasına səbəb olub. İsrailin hava reydləri nəticəsində Hizbullah liderlərini öldürməsi və daha sonra Suriayda Bəşşar hakimiyyətinin devrilməsi və bölgədə yeni Suriyanən yaranması təbbi ki İran və eləcə də Hizbullah üçün fəsadsız ötüşməyəcək.

Artıq “Şirin quyruğunun” qapı arasında qaldığını anlayan İranın ali dini lideri Əli Xameneye dolayı yolla baş verənlərdə Türlkiyəni ittiham edib. Ankara buna cavab verməyə tələsməsə də dünən Rəsmi Gəzetdə Türkiyənin İrandan şüşə idxalını dayandırdığı elan edildi.

İran rəsmiləri və hərbi liderləri Bəşər Əsəd rejiminin süqutunun regionda Tehranla müttəfiq qruplara təsirinin olacağını açıq şəkildə etiraf edirlər.

Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf Əsədin devrilməsinin “İslam Respublikası ilə əlaqəli qüvvələrin strateji dərinliyində balanssızlığa səbəb olacağını” söyləyib. Lakin o, Livandakı Hizbullahın yeni şəraitə tez uyğunlaşa biləcəyinə işarə edib.

İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami isə məsələyə fərqli yanaşır.

O hesab edir ki, İran regiondan “qopmayacaq”

“Bəziləri İran rejiminin regional silahlarını itirdiyi fikrini irəli sürür, lakin bu belə deyil. İndi də (Müqavimət Cəbhəsi) dəstək yolları açıqdır. Dəstək təkcə Suriya ilə məhdudlaşmır və oradakı vəziyyət tədricən yeni forma ala bilər”-deyə o qeyd edib.

Chosen
28
turkic.world

1Sources