EN

140 və 150 nömrəli marşrutlar niyə Aeroport şossesi ilə hərəkət etmirlər? - AÇIQLAMA

Vətəndaşlar Buzovna, Mərdəkan avtobuslarının Hava Limanı yolu ilə deyil, səhər saatlarında tıxac olan Ramana yoluna daxil olduqları ilə bağlı şikayətçidir.

Vətəndaşlar bildirir ki, 150, 140 və 160 nömrəli marşrutlar (Mərdəkan, Buzovna, Bilgəh, Binə və Şüvələn istiqamətlərinə hərəkət edən avtobuslar) səhər saatlarında hərəkət sxemindən yayınaraq Aeroport şossesindən deyil, Ramana yolu ilə hərəkət edir. Sərnişinlər bu səbəbdən səhər saatlarında həmin ərazidə 20-30 dəqiqəlik yubanma baş verdiyi üçün şikayətçidirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"ya bildirildi ki, marşrut üzrə avtobusların təyin edilmiş hərəkət sxemindən yayınmaları ilə bağlı AYNA tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Marşrutlar üzrə hərəkət sxemindən yayınan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülür.

Qurumdan bildirildi ki, 140 və 150 nömrəli marşrutların hərəkət sxemləri Aeroport şosesindən keçməklə təşkil edilib.

160 nömrəli marşrutun hərəkət sxemi Binə qəsəbəsi istiqamətində Aeroport şosesindən keçməklə, metronun “Koroğlu” stansiyası istiqamətində isə Ramana qəsəbəsindən keçməklə təşkil edilib.

"Marşrutların müvəqqəti istismarçılarına sərnişindaşıma sahəsində müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsi, sürücülərin hərəkət cədvəlinə, hərəkət sxeminə və sərnişindaşıma qaydalarına riayət edilməsi barədə bir daha tapşırıq verilib", - deyə məlumatda qeyd olunub.

Chosen
22
operativmedia.az

1Sources