EN

Səhiyyə Nazirliyi Füzuli şəhərində ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı səyyar tibbi müayinələr təşkil edib (FOTO)

Bakı. Trend:

“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldanazad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlifxəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrinaparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıqməmnunluğunun təmin edilməsi məqsədilə silsilə tədbirləri davametdirir.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin təşkilatçılığı ilə keçirilən növbətibelə tədbir dekabrın 13-də baş tutub.

Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat AğciyərXəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən Füzuli şəhərindəsakinlər üçün tibbi xidmətlər göstərilib.

Aksiyanın məqsədi işğaldan azad edilən ərazilərdə məskunlaşanəhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsiyolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır.

Eyni zamanda, tədbir Füzuli sakinlərinin sağlamlığınınqorunmasında dəstək və yardım göstərməsi, həmçinin ağciyərsağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqındamaarifləndirmə məqsədini daşıyır.

Müayinələr İnstitutun xüsusi təchiz olunan Səyyar klinikasındaaparılıb. Tibbi avadanlıqların tam dəsti ilə təchiz edilən mobilklinikalar modul avadanlıq konsepsiyası sayəsində müxtəlifməqsədlər üçün istifadə oluna bilər. Müxtəlif diaqnostikprosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədəristifadə edilən klinikalar ucqar ərazilərdə yaşayan əhaliyə tibbixidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədiləyaradılıb.

Aksiya zamanı ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq,kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriyahəkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardanistifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya,exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazınınöyrənilməsi həyata keçirilib. Həmçinin, vərəm üçün (bəlğəm analizivə latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri)ixtisaslaşdırılmış müayinələr aparılıb.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərətibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı 270-ə yaxın Füzuli sakini müayinələrdən keçib.

Həmçinin, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri vəprofilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçılarımaraqlandıran suallar cavablandırılıb.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azadolunan digər ərazilərdə də davamlı olaraq maarifləndiricitədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdətutulub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Chosen
11
6
az.trend.az

8Sources