EN

13 dekabr Şəhid Abbasov Əvəz Mais oğlunun anım günüdür

13

Vətən sevgisi ən ülvi hissdir.O nə məsafə tanıyır nədə əngəl. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Şəhid Əvəz Abbasovun döyüş yolu kimi. O ilk dəfə Fizuli döyüşlərində bayraq sancan zaman yaralanmışdı. Buna baxmayaraq müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılır. Şəhidin atası Mais Abbasov deyir ki, mən elə bilirdim ki, oğlum Əvəz üç dəfə yaralanıb. Ancaq sonradan Müdafiə Nazirliyindən təsdiqlədilər ki, Əvəz doqquz dəfə yaralanıb və buna baxmayaraq o, yaralı - yaralı xidmətini davam elətdirdi. Uşaqlıqdan vətənpərvər idi. Hələ 13 yaşı olanda Xocalı faciəsini səhnələşdirən müəllimindən şəhid rolunu istəmişdi. Nə bilərdi ki, canlandırmaq istədiyi obrazı onun talehidi...Şəhidin anası Vəfa Abbasova çətin də olsa oğlu barədə bunları söylədi: "Əvəzin sinif yoldaşları orda şəhid rolu almışdı. Əvəz müəlliməsindən xahiş eləmişdi ki, müəllimə axırda məndə şəhid olum. Çünki mən orda tar ifa elədim yəqin ki, mən axırda əsir düşə bilərəm. Amma qoy vursunlar mən də şəhid olum.Həmən o Əvəz balamın o sözünə deyin vursunlar mən də şəhid olum qəzetdə çap olunmuşdu" Əvəz Vətən müharibəsində demək olar ki, cəbhənin bütün istiqamətlərində aparılan hərbi əməliyyatlarında iştirak edib. Müharibənin od alovundan keçib qələbəni dadmışdı, torpaqlarımızı azad görmüşdü. Anasına didərgin düşdüyü vətəninə Cəbrayıla qovuşduracağına söz vermişdi.Sözünü tutdu.Amma düşmənin törətdiyi xain təxribatın qurbanı oldu Əvəz.. O qələbədən bir ay sonra Hadrudda Şəhidlik zirvəsinə ucaldı.İndi bütöv bir kənd, qəsəbə Azərbaycan onunla qürur duyur...Vətən müharibəsində göstərdiyi sücaətlərə görə Əvəz Abbasov ölümündən sonra “Hərbi xidmətlərə görə”, "Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə, “Şücaətə görə”.medalları ilə təltif olunub. Doğulduğu Salyan rayonun Şorsulu kəndində torpağa tapşırılıb.Bu gün vətən torpağı Əvəz kimi oğullar sayəsində azaddır. Ruhunuz şad olsun .13

Eltun Məmmədov

Diqqət Çəkənlər

Putinlə dünənki söhbət zamanı Orban əsirlərin mübadiləsi və atəşkəs təklif edib

Almaniyanın müdafiə naziri: “Suriya yenidən Rusiya və İranın kuklasına çevrilməməlidir”

G7 Suriyada keçid prosesini dəstəkləməyə hazırdır

Chosen
23
ulusum.az

1Sources