EN

Əsəd rejiminin devrilməsindən sonra Suriyada həyat normala qayıdır

Bəşər Əsəd rejiminin devrilməsindən sonra suriyalılar hansı şəraitdə yaşayırlar?

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, artıq Dəməşqdə komendant saatı aradan qaldırılıb, lakin hələ də ərzaq talonları verilmir - Dəməşq və Latakiya normal həyata qayıtmağa çalışır. Artıq iri şəhərlərdə atəş səsləri eşidilmir. Lakin həyəcanlı əhval-ruhiyyə hələ də səngiməyib, çünki təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsədin tərəfdarlarını axtarır. BMT ərzaq qiymətlərinin 900% artdığını bildirir. Bunlardan hansı doğrudur, hansı uydurmadır?

Dekabrın 10-na keçən gecə İsrail bölgəyə 250 raket atıb: dəniz limanı zədələnib, Suriya ordusunun donanması məhv edilib. Heç bir mülki obyektə zərər dəyməyib. Yeni hökumət vahid Suriyaya həsr olunmuş mitinq təşkil edib. Şəhərdə heç bir konvoy və ya atışma yoxdur.

“Çörək sexlərində növbələr yaranır, çünki əvvəlki hökumət dövründə bizə yemək kartoçkaları ilə çörək verilirdi, indi isə bütün bunlar aradan qalxıb. Əgər əvvəllər 5 min Suriya lirəsinə pomidor var idisə, indi 7 min lirəyə satılır ”- deyə suriyalılardan biri deyib.

Birləşmiş Millətlər Təşkilatı Hələbdə çörək qıtlığının olduğunu, onun qiymətinin 10 dəfə artdığı iddia edilir. Paytaxt yenidən normal həyata qayıdır. Yerli sakin deyir: “Məktəblər hələ açılmayıb, amma xəstəxanalar, dükanlar, apteklər artıq açıqdır. Sakinlər küçələrdə sakitcə hərəkət edə bilirlər. Bəzi patrullar var, amma əvvəllər ərazimizi tərk etmək üçün ən azı iki, bəzən üç keçid məntəqəsindən keçmək lazım idi, indi isə belə deyil. Əvvəllər ordu sənədləri, maşınları yoxlayırdı, indi isə belə deyil. Əvvəllər gənclər qorxurdu ki, küçədə yaxalanıb əsgərliyə gedəcəklər, indi isə belə deyil”.

Chosen
35
ikisahil.az

1Sources