EN

Yeni dövlət rüsumları müəyyənləşir - Qazın paylanmasına icazə rüsumla olacaq

Yeni dövlət rüsumları müəyyənləşir. Elektrik enerjisinin ötürülməsinə, o cümlədən paylanmasına icazənin verilməsi 150 manat təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, bu, “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100, su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi 150 manat olması təklif edilir. Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi rüsumu isə daha yüksəkdir. Bu yöndə rüsum 200, qazın nəqli üçün icazənin verilməsi 150, paylanmasına icazənin verilməsi isə 50 manat olması təklif edilir.


Müəllif: Teleqraf.com
Chosen
13
49
teleqraf.com

10Sources