EN

Zelenski: "Bu, ən irimiqyaslı hücumlardan biridir" - 93 raket atılıb, 200-dən çox PUA göndərilib

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya tərəfindən ən irimiqyaslı hücumlardan birinə məruz qaldığını bəyan edib.

Zelenski ölkə ərazisinə 93 raket zərbəsi endirildiyini və 200-dən artıq PUA-nın hücuma keçdiyini söyləyib. O, bunun Ukraynanın enerji infrastrukturuna ən böyük zərbələrdən biri olduğunu deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna HHM qüvvələri 81 raketi vura biliblər. Onlardan 11-i F-16 təyyarələri ilə məhv edilib.

Hürr Tərcüman

 

Chosen
9
hurriyyet.az

1Sources