EN

Xalq artistnin 125 milyona satmaq istədiyi bağ ŞOKA SALDI

Rusiyanın Xalq artisti Alla Puqaçovanın uzun müddətdir satmağa çalışdığı əmlakın vəziyyəti rieltorları şoka salıb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, əmlak ekspertlərin fikrincə, malikanənin satılması şansı sıfıra bərabərdir. 

125 milyon rubl dəyərində olan malikanə tamamilə yararsız vəziyyətdədir.

“Divar kağızı cırılıb, divarda çat və ləkələr var idi. Bu cür qüsurları olan əmlakı sata bilməzsiniz. Satışdan əvvəl hazırlıq deyilən bir şey var. Ola bilsin ki, asan, ucuz və tez düzəldilsin, amma potensial alıcıya hörmət edərək, onun düzəldilməsini istərdim”, – deyə mütəxəssislər bildiriblər.

Alla Puqaçovanın özü isə baş verənləri şərh etməyib. Son vaxtlar o, mediadan qaçır və artıq səs-küylü açıqlamalar vermir. 


Chosen
24
news24.az

1Sources