EN

Azərbaycana İspaniya və Cənubi Koreyadan turist axını 2 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 412 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 28,2 %-i Rusiyaı, 16,1 %-i Türkiyə, 8,9 %-i Hindistan, 8 %-i İran, 4,1 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3 %-i Pakistan, 1,8 %-i Çin, 1,7 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Türkmənistan və Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 %-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 67 %-ni kişilər, 33 %-ni qadınlar təşkil edib. 1 il əvvələ nisbətən Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2 dəfə, Cənubi Koreyadan - 2 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 %, Pakistandan - 48,5 %, Omandan – 45 %, İordaniyadan - 41,6 %, Polşadan - 37,9 %, İtaliyadan – 37 %, ABŞ-dan - 35,2 %, İrandan - 30,4 %, Niderlanddan - 28,5 %, Türkmənistandan - 28,1 %, Almaniyadan – 28 %, Yəməndən - 27,7 %, Fransadan - 24,5 %, Səudiyyə Ərəbistanından - 22,7 %, Tacikistandan - 21,8 %, Misirdən - 20,8 %, Böyük Britaniyadan - 20,3 %, Rusiyadan - 17,7 %, Özbəkistandan - 16,2 %, Ukraynadan - 15,9 %, Türkiyədən - 13,9 %, Moldovadan - 11,3 % artıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
19
5
banco.az

10Sources