EN

QHT-lər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində fəallığını artırır - FOTOLAR

Bu gün Azərbaycan Milli QHT Forumunun kiçik konfrans zalında “Vətəndaşların Sosial Rifah Naminə” İctimai Birliyinin təşəbbüsü ilə  “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın həyata keçirilməsində QHT-lərin rolu mövzusunda dəyirmi masa müzakirələri təşkil edilib.

QHT.az xəbər verir ki, tədbirə Vətəndaşların Sosial Rifah Naminə İctimai Birliyinin sədri İradə Rizazadə moderatorluq edib. Tədbir zamanı Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Elnur Bağırlı, Müşahidə Şurasının üzvləri Nurəddin Mehdiyev və Zaur İbrahimli, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də QHT nümayəndələri Faiq İsmayilov, Vusalə Hüseynli, İskəndər Sərdarlı, Məxluqə Rəhimova, Cəsarət Hüseynzadə, Ayaz Mirzəyev, Tahir Əmiraslanov, İlham İsmayilov, Əhməd Abbasbəyli və digərləri çıxış etmiş və konkret təkliflər irəli sürüblər.

Görüş zamanı, QHT-lərin “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın həyata keçirilməsində fəaliyyəti və bu sahədə beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, Qərbi Azərbaycan mövzusunda QHT-lərin fəaliyyəti, 2024-cü ildə Qərbi Azərbaycan mövzusunda həyata keçirilən layihələr və əldə olunan nəticələr, 2025-ci ildə bu mövzuda görüləcək işlər barədə məlumat verilib və müzakirələr aparılıb. İştirakçılar tərəfindən gələcəkdə QHT-lər tərəfindən Qərbi Azərbaycana qayıdış istiqamətində təbliğat və maarifləndirmə prosesinin həyata keçirilməsində koordinasiyanın həyata keçirilməsi vacibliyi qeyd olunub.

Tədbir zamanı paralel olaraq foyedə hər bir təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihə icrası zamanı Qərbi Azərbaycan tematikası üzrə çap olunan nəşrləri, fotoalbomları, video filmlərdən ibarət diskləri nümayiş etdirblər.

Chosen
28
qht.az

1Sources