EN

Almaniyadakı ABŞ aviabazası yaxınlığında naməlum dronlar müşahidə edilir- “Der Spiegel”

Son həftələr Almaniyadakı bir sıra sənaye obyektləri və ABŞ-ın Almaniyadakı “Ramşteyn” aviabazasında naməlum dronlar müşahidə edilib.

Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

Nəşr yazır ki, Almaniya təhlükəsizlik orqanlarının məxfi hesabatına görə, dekabrın 3-ü və 4-ü axşamları ABŞ-ın böyük hərbi bazası üzərində çoxlu pilotsuz təyyarələr aşkar edilib. İntensiv axtarış səylərinə baxmayaraq, hər hansı PUA operatoru tapılmayıb.

“Der Spiegel” qeyd edir ki, son həftələr Almaniyanın müdafiə konserni “Rheinmetall” və kimya nəhəngi BASF-ə məxsus obyektlər üzərində uçan pilotsuz təyyarələr də müşahidə edilib, lakin onların mənşəyini müəyyən etmək mümkün olmayıb.

Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Azpost.info

Chosen
23
azpost.info

1Sources