EN

ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un ötən gün dərc etdiyi materialla bağlı sorğusuna cavab verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, cavabla tanış olduqdan sonra məlum olub ki, o, verilən suala uyğun deyil.
Belə ki, "Report" sorğusunda ABŞ-nin Azərbaycandakı səfirliyinin Ermənistandan qovulan azərbaycanlıların irsinin qorunması ilə bağlı hansı addımların atıldığını, layihələrin həyata keçirildiyi barədə məlumat almaq üçün müraciət edib.
Səfirliyin cavabında isə Azərbaycanın azad olunan ərazilərdə ABŞ-nin görmək istədiyi işlər barədə danışılıb. Faktiki olaraq səfirlik "Report"un sorğusuna mahiyyəti üzrə cavab verməyib.
Cavabdan çıxan məntiqi nəticə budur ki, ABŞ azərbaycanlıların Ermənistandan qovulduğu dövrdən bu günə qədər onların dədə-baba torpaqlarına irsinin qorunması yolundan heç bir addım atmayıb.
Chosen
12
25
oxu.az

10Sources