EN

Zurabişvili Prezident Sarayını tərk etmək niyyətində deyil


Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident Sarayını tərk etmək fikrində olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zurabişvili müraciəti zamanı deyib.
“Mən heç yerə getməyəcəyəm. Heç kimi qoymaq niyyətində deyiləm.  Məndən həmişə bu barədə soruşurlar. Mən burdayam və qalıram”, - Zurabişvili deyib.
Qeyd edək ki, Gürcüstanın yeni prezidentinin seçkiləri dekabrın 14-nə, andiçmə mərasimi isə dekabrın 29-na təyin edilib. Zurabişvili də müxalifət kimi noyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır. Onlar yeni dövlət başçısını seçməli olan yeni parlamenti qeyri-legitim hesab edirlər.
Chosen
16
3
yeniavaz.com

4Sources