EN

20 yaşlı pop ulduz Tayland masajından sonra ölüb - FOTOLAR

20 yaşlı müğənni Tailandda silsilə masajlardan sonra dünyasını dəyişib.

Sfera.az bildirir ki, məşhur pop müğənnisi Pinq Çayada masajlardan sonra dünyasını dəyişib. O, boyun və çiyinlərindəki ağrılardan xilas olmaq istəyib, son seansdan iki həftə sonra şiddətli ağrı və uyuşma hiss edib. Xəstəxanaya yerləşdirilən ulduz iki həftə sonra xəstəxanada dünyasını dəyişib.

Seansları aparan masajçı bu xəbərdən şoka düşüb və müğənninin ölümündə onun günahkar olmadığında israr edir. Yarılma qızın sepsisdən öldüyünü müəyyən edib.

 

Xəstəxanaya yerləşdirilməzdən əvvəl, noyabrın 5-də Pinq Çayada “Facebook”dakı paylaşımında boynunun rentgenoqrafiyasını paylaşaraq 22.000 izləyicisinə vəziyyətinin pisləşdiyini bildirib.
 

"İlk dəfə masaj edəndə simptomlar normal idi. İkinci dəfə getdim: eyni terapevt, eyni otaqda bu dəfə boynumu bükdü. İki həftədən sonra çox, çox şiddətli ağrılar hiss etməyə başladım. O dərəcə ki, nə kürəyi, nə də qarnı üstə uzana bilmədim, mən özüm də uşaqlıqdan masajı öyrənirəm. Bu masajın başqa bir yan təsiridir. Bədəndə belə ağrılar ola bilər. Yenə getdim amma bu yeni adam məni çox təzyiqlə masaj etdi, bir həftə ərzində getməyən şişliklər meydana çıxdı. Simptomları aradan qaldırmaq üçün davamlı olaraq dərmanlar qəbul etdim, sağ tərəfimi üçüncü masaj seansından sonra hiss etmirdim. Bunu həqiqətən də masajı sevənlər üçün bir dərs olaraq buraxmaq istəyirəm, indi çox ağrıyıram, ancaq doğru anı gözləyirəm”.


Ertəsi gün, noyabrın 6-da xəstəxanaya yerləşdirilən müğənni noyabrın 18-də reanimasiya şöbəsinə qəbul edilib və iki həftə sonra orada dünyasını dəyişib.
 

Masaj seansları yerinə yetirən Aoi adlı tay masajçı hekayəni öz tərəfinə danışıb.
 

Aoi: "Həmin masajçının mən olduğumu eşidəndə çox sarsıldım. Mən uzun illər masajçıyam və daha əvvəl belə bir vəziyyətlə qarşılaşmamışam"-deyə bildirib.
 

O, əminliklə vurğulayır ki, onun salonunda lazımi lisenziya var və bütün terapevtlər 150 saatlıq təlim keçiblər. Onların peşəkarlıqlarını təsdiq edən sənədləri var. Xanım Aoi ədalət tələb etdiyini və həqiqət üçün mübarizə aparmağa hazır olduğunu bildirib.


Pinq Çayadanın yaşadığı və öldüyü Udon Thani şəhərinin səhiyyə işçisi Dr. Somchaikhot Piyawatwela, müğənninin sepsis, göbələk infeksiyası və onurğa beyni ödemi nəticəsində öldüyünü bildirib. Ekspertiza da müğənninin sepsisdən öldüyünü göstərib, (göbələk infeksiyası və onurğa beyni ödəmi daxil).
 

Tailandın səhiyyə naziri Somsak Thepsutin də analiz və yarılma nəticələrinə görə Çayadanın ölümünün masajlarla bağlı olmadığını bildirib.
 

"Biz bütün tərəflər üçün ədaləti təmin etməliyik" - deyə nazir bildirib.
 

Buna baxmayaraq, mərhumun anası qızının ölümündə masajçıları günahlandırsa da, ikinci yarılmadan imtina edib.

 

Aysel

Chosen
30
sfera.az

1Sources