EN

“Hannibal Protokolu”: Tanklardan atəş açılaraq, hər kəs öldürüldü – Mübahisə yenidən qızışır

Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubunda başlatdığı hücum zamanı İsrail əsgərləri fələstinli qrup üzvlərinin və israillilərin olduğu evi mühasirəyə alıb, daha sonra tanklardan atəş açaraq oradakı hər kəsi öldürüb. Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hadisələrin şahidi danışıb.Görünür, bu halda “Hannibal Protokolu” adlanan sənədin icrası baş verib. Hannibal Protokolunun mənası ondan ibarətdir ki, İsrail ordusu və təhlükəsizlik qüvvələri hərbçilərin və ya mülki şəxslərin əsir alınmasının qarşısını almağa, bunun üçün bütün mümkün tədbirləri, o cümlədən əsir düşən şəxsin həyatına təhlükə yarada biləcək tədbirləri görməyə borcludur. Prosedur 1986-cı ildə İsrail ordusu tərəfindən formalaşdırılıb və 2016-cı ildə Baş Qərargah rəisi Qadi Eyzenkot onun yeni əməliyyat əmri ilə dəyişdirilməsi barədə göstəriş verib.Bundan əvvəl İsrail mediası 12 yaşlı israilli Liel Hetzroninin “Həmas tərəfindən Kibbutz Beeriyə hücumu nəticəsində oktyabrın 7-də öldürüldüyünü” bildirmişdi.Məlumatlara görə, Lielin ölümündən sonra babası Avia, əkiz qardaşı Yanai və xalası Ayala başqa yerə aparılıb, onlar “10-dan çox digər girovla birlikdə öldürülüblər” və daha sonra HƏMAS binanı yandırıb.İsrail səlahiyyətliləri Yanayın DNT-dən istifadə edərək müəyyən edilməsinin iki həftə çəkdiyini, cəsədi tanınmaz dərəcədə yanmış Lielin isə altı həftə sonra tanındığını söyləyib.İsrailin keçmiş baş naziri Naftali Bennett özünün X sosial media hesabında yazıb ki, Liel oktyabrın 7-də “Həmas canavarları tərəfindən öldürülüb”.Əkizlərin saxlandığı evdə olan Yasmin Porat noyabrın 15-də İsrailin ictimai yayımı olan KAN-a radio müsahibəsində hadisənin təfərrüatlarını danışıb.Onun sözlərinə görə, HƏMAS üzvləri ilə qaldığı ev İsrail əsgərləri tərəfindən mühasirəyə alınıb. Porat tərəflər arasında şiddətli toqquşmaların olduğunu və bir müddət sonra Fələstin qrupunun döyüşçülərindən birinin təslim olmaq qərarına gəldiyini və onunla birlikdə getdiyini bildirib.Yasmin deyir ki, İsrail təhlükəsizlik qüvvələri onu və Həmas üzvünü dindiriblər. Üç saatlıq dindirmə zamanı o, evdəki mülki şəxslərin sayını və yadında qalan binanın texniki xüsusiyyətlərini bildirib.Porat dindirmə zamanı qarşıdurmaların davam etdiyini qeyd edib. Yerli vaxtla təxminən saat 19:30-da İsrail əsgərləri ilə HƏMAS arasında dörd saata yaxın davam edən atışmadan sonra bir tank evə yaxınlaşıb.“Yanımda olanlardan soruşdum: “Niyə onlar (hərbçilər) tankdan evə atəş açırlar?” Cavab verdilər ki, divarları sökmək və evi (HƏMAS döyüşçülərindən) təmizləmək üçün atəş açırıq”, o xatırlayır.Onun sözlərinə görə, tankdan iki atəş açılıb. O, hadisədən sağ çıxan digər və girovların saxlandığı evin sahibi Hadas Daqanın dediklərindən belə nəticəyə gəlib.Porat Hadas Dagana Lielin tank gəldikdən sonra baş verən iki böyük partlayışa qədər sağ olduğunu söyləyib.“Evin sahibi mənə dedi ki, o (Liel) bütün bu müddət ərzində qışqırmağı dayandırmayıb. Bu iki atəş səslənəndə o, qışqırmağı kəsib. Sonra sükut çökdü”, – deyə Yasmin bildirib.Onun sözlərinə görə, tank atəşindən sonra “demək olar ki, hamı ölüb”.Oktyabrın 7-də baş verən hadisələr zamanı İsrail ordusu İsrailli girovların Qəzza zolağına göndərilməsinin qarşısını almaq üçün “Hannibal protokolu”nu həyata keçirmiş ola bilər. Bu barədə daha əvvəl “Haaretz”ə İsrail Hərbi Hava Qüvvələrinin pilotu Nof Erez məlumat verib.Hərbçi zabitin sözlərinə görə, HƏMAS-ın hücumu günü hərbi təyyarələr və pilotsuz təyyarələr atəş açmağa başlayanda girovların artıq vurulub-vurulmaması məlum deyil. Hərbçi deyib ki, “Hannibal Protokolu məqsədyönlüdür və onun həyata keçirilməsinə qərar verilibsə, qəsdən edilib”.“Hannibal Protokolu yəqin ki, nə vaxtsa həyata keçirilib. Son 20 ildə tətbiq etdiyimiz “Hannibal” içərisində girovların olduğu bir avtomobilə münasibətdə həyata keçirilib. Ancaq burada gördüyümüz (7 oktyabr hadisələri zamanı-red.) “kütləvi Hannibal” idi. Orada həm girovlu, həm də girovsuz müxtəlif avtomobillərdə minlərlə insan olub”, – deyə o bildirib.Gununsesi.info

Chosen
574
22
gununsesi.info

10Sources