ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisinin Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olduğunu açıqlayıb.Gununsesi.info xəbər verir ki, bu barədə CENTCOM X sosial media platformasında məlumat yayıb.Gəminin naviqasiya azadlığını təmin etmək üçün patrul xidməti həyata keçirəcəyi bildirilən açıqlamada “USS Dwight D. Eisenhower”in idarə olunan raket kreyseri “USS Philippine Sea”, idarə olunan raket esminesi “USS Stethem “və Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Languedoc” freqatı ilə birlikdə olduğu qeyd edilib.CENTCOM-dan verilən açıqlamada “M/V Central Park” adlı ticarət gəmisinin dünən Ədən körfəzində dəniz quldurluğu ilə mübarizədə qüvvələrdən kömək istədiyi bildirilib. Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Mason (DDG 87)” adlı esminesinin Central Parkın kömək çağırışına cavab verdiyi, daha sonra 5 silahlı şəxsin gəmiyə minərək kiçik qayıqla qaçmağa çalışdığı bildirilib.Açıqlamada gəmini ələ keçirməyə cəhd edən 5 silahlı şəxsin tutulduğu açıqlanıb.Gununsesi.info