EN

Qubada 16 dərəcə şaxta qeydə alınıb

Dekabrın 13-ü axşam saatlarından başlayaraq Quba, Qusar, Xızı və digər şimal rayonlarının ərazisinə qar yağır. SİA xəbər verir ki, ən çox qar Qubanın Qudyalçay-Qımıl məntəqəsində qeydə alınıb. Burada qarın hündürlüyü 24 santimetrə çatır. Region üzrə ən aşağı temperatur Qubanın Qrız kəndində (-16) bu məntəqədə qeydə alınıb.

Qubanın rayon mərkəzində 7, Qrızda 10, Xaltanda 8, Qusarın rayon mərkəzində 10, Ləzə kəndində 12 santimetr qar var.

Xızı rayonunun Altıağac qəsəbəsində 10 santimetr qar, mənfi 9 dərəcə şaxta qeydə alınıb.

Bölgəyə qar yağmaqda davam edir.

Chosen
24
2
sia.az

3Sources