Cənubi Koreya Parlamenti prezident Yun Sok Yola impiçment elan edib.
APA-nın "Yonhap" Agentliyinə istinadən məlumatına görə, qərarın lehinə 204, əleyhinə isə 85 deputat səs verib.
Qeyd edək ki, ölkədə dekabrın 3-dən hərbi vəziyyətin elan edilməsi ilə bağlı ictimai-siyasi gərginlik yaranıb.
Cənubi Koreya lideri xalqa müraciətində bu qərarı Şimali Koreyadan yönələ biləcək təhlükənin qarşısının alınması məqsədilə əsaslandırıb.