Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovdan xəbər var.
Mia.az xəbər verir ki, o, ii gün əvvəl Fəxri Xiyabanda mərhum Heydər Əliyevin məzarını ziyarət edib.
Maraqlıdır ki, o, bu ziyarətə keçmişdə gömrükdə çox yaxın olduğu polkovnik Cəlal Qurbanovla bərabər gəlib.
Mia.az xatırladır ki, Aydın Əliyevin Gömrük Komitəsi sədri vəzifəsindən getməsindən sonra həmin komitəyə sədr təyin olunan Vüsal Novruzovun doğma kəndçisi Səfər Mehtiyev onu "yol"a verməyib. Daha dəqiqi, hər iki şəxs sədr postuna iddialı və fərqli ətrafa sahib olduğundan bir-birlərinə münasibəti kəskin olub: "Mıəhz bu səbəbdən Səfər Mehdiyev sədr təyin olunan kimi Vüsal Novruzova qarşı təzyiqlər başladı. Vüsal Novruzovun istər gömrük, istərsə də gömrükdən kənar bəzi fəaliyyətləri də Səfər Mehdiyevə üstünlük sağlayan əsas faktorlardan biri olub. Nəhayət, Vüsal Novruzov vəzifəsindən azad olundu, fəaliyyəti təftiş olunmağa başladı. Onun hətta həbs olunma ehtimalı da çox ciddi olub."
Samir Musayev
MİA.AZ