EN

ABŞ-nin ən hündür binasının tikintisi dayandırıldı - SƏBƏB + FOTO

ABŞ-də ən hündür göydələnin inşası dayandırılıb.

 

Sfera.az xəbər verir ki, Oklahoma Şəhər Şurası tərəfindən təsdiqlənən 581 metr hündürlüyündə “Legends Tower”in tikintisi yerli hava limanının direktoru Ceff Mulderin məktubu səbəbindən ləngiyib. 

 

Belə ki,  Mulder ABŞ Federal Aviasiya Administrasiyasına yeni hündürmərtəbəli binanın uçuş təhlükəsizliyini təhlükə altına salacağı ilə bağlı sorğu göndərib.Bu tələbin layihəni tamamilə dayandırıb-dayandırmayacağı bilinmir. Bu barədə bir növ kompromisə gedilə və ya bina yenidən dizayn edilə bilər. Hələlik tikinti işləri 2025-ci ilə qədər təxirə salınıb.

 

Qeyd edək ki, göydələn inşa edilərsə, dünyanın 5-ci ən hündür göydələni olacaq.

 

Firuzə Əliyeva

 

Chosen
40
28
sfera.az

10Sources