EN

Ölüm xəbəri yayılan Kadir İnanır aylar sonra - FOTO

4 aylıq reanimasiyadan sonra evə buraxılan aktyor Kadir İnanırın yeni fotosu yayılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki,  "Süreç Film"in sahibi Ali Gündoğdu müalicəsi davam edən Kadir İnanırı ziyarət edib.

Gündoğdu görüş fotosunu sosial şəbəkədə "Hörmətli sənətçimiz və ağsaqqalımız Kadir İnanırın səhhəti günü-gündən yaxşılaşır. Ümid edirik ki, tezliklə sağlamlığına qovuşar" qeydi ilə paylaşıb.

Kadir İnanırın həyat yoldaşı Jülide Kural aktyorun son həftələrdəki səhhəti ilə bağlı "Hər şey yaxşıdır. Vəziyyəti yaxşılaşır" sözlərini demişdi.

Qeyd edək ki, Yeşilçam sənətçisi Kadir İnanır keçən mart ayında beyin damarında qan laxtalanması səbəbindən xəstəxanaya yerləşdirilib və 4 aylıq reanimasiyadan sonra evə buraxılıb.Aktyorun tez-tez ölüm xəbərləri yayılsa da onun yaxınları bu xəbərləri yalanlayıblar.

Həmin fotonu təqdim edirik:

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
22
milli.az

1Sources