EN

Qış turizminə hazırıq?

 
Azərbaycanda qış turizmi mövsümünə start verilib.
 
Moderator.az xəbər verir ki, dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.
 
Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
 
Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2024-cü il üzrə fəaliyyətinə dair videotəqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.
 
Qeyd edilib ki, ilin ilk 11 ayı ərzində ölkəyə 2 milyon 400 min turist səyahət edib. Bu isə ötən illərlə müqayisədə artım deməkdir.
 
Ölkəyə gələn turistlər arasında Türkiyə, Rusiya və Hindistan vətəndaşları üstünlük təşkil edir.
 
Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.
 
Chosen
24
moderator.az

1Sources