Gələn il keçirəcəyimiz tədbirlərin formatında dəyişiklik olacaq. Alternativ addımlar barədə də düşünürük. Bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.
Hazırda Qrupun sıx əməkdaşlıq etdiyi regionların sayının 18-ə çatdığını bildirən icraçı direktor bunun da müsbət və mənfi yönlərinin mövcud olduğunu deyib.
Gələn il Bakı Təşəbbüs Qrupunun coğrafi mövqeyini genişləndirmək planlarından danışan A.Abbasov vurğulayıb ki, BTQ 2025-ci ildən Reünyon ilə əməkdaşlığa başlaya bilər.
ZÜMRÜD