İran prezidenti Məsud Pezeçkian inkişafda olan səkkizlik ölkələrinin (D-8) sammitində iştirak etmək üçün Misirə səfər edəcək.
Modern.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, səfərin qarşıdakı cümə axşamı baş tutacağı gözlənilir. İclas cümə axşamı, dekabrın 19-da keçiriləcək.
Sammit çərçivəsində prezident Pezeşkian rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
Bundan əvvəl mətbuatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Misirə səfər edəcəyi xəbəri yayılmışdı.
Suriyada baş verən son hadisələri nəzərə alaraq, İran və Türkiyə prezidentlərinin sammit çərçivəsində görüşəcəyi və Suriyadakı hadisələri müzakirə edəcəyi gözlənilir.
D-8 Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə kimi inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq üçün qlobal bir razılaşmadır.