EN

Minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhərdə tədqiqat aparılıb (FOTO)

Bakı. Trend:

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisindəAzərbaycanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrəaparılan tədqiqatın nəticələri ilə bağlı tədbir keçirilib.

Trend xəbərverir ki, tədqiqat Azərbaycan Respublikasının Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi iləAzərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimaiBirliyinin həyata keçirdiyi “Mina/PHS hadisələrinin və onuntəsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsindəaparılıb. Bu barədə AMZA sədri, layihə rəhbəri Rey Kərimoğlu çıxışedərkən bildirib:

“Biz Azərbaycan Respublikasının Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihəçərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmişşəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi,Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt)siyahısını müəyyənləşdirib dəqiqləşdirdik. Sonra adıçəkilən rayonvə şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə EdilməsiSistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihəninicrası və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat”,“Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçünehtiyaclarının öyrənilməsi” adlı anketlərin doldurulması üçünzərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayonvə şəhərlərdən minə yaxın minadan zərərçəkəndən 866-sı sorğularacəlb olunaraq toplanmış məlumatlar təhlil edilib. Toplanmışməlumatlar mina/PHS-lərin (Partlamamış Hərbi Sursatlar) insanlarınhəyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması vəzərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətininyaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçünistifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindənzərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğrudəyişəcək. Bu cür vacib layihəyə dəstək verdiyi üçün AzərbaycanRespublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin rəhbərliyinə və komandasına minnətdarlığımızıbildiririk.”

R.Kərimoğlu layihənin icrasına yaxından dəstək verdiyinə görəANAMAvə BAMF rəhbərliyinə, həmçinin dövlət orqanlarınaminnətdarlığını bildirib.

Açılış nitqindən sonra layihənin eksperti, tanınmış hüquqşünasMirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılaratəqdim edib.

Ekspertin çıxışından sonra söz alan Maarifləndirmə vəzərərçəkənlərlə iş şöbəsinin müdiri mina probleminin aktuallığı vəANAMA-nın mina probleminin nəticələrinin aradan qaldırılmasıistiqamətində gördüyü tədbirlərdən danışdı.

ANAMA rəsmisinin çıxışından sonra söz alan BMTİP-in regionalofisinin minatəmizləmə üzrə proqram mütəxəssisi Qədim Tariqtədqiqatı yüksək qiymətləndirdi, həmçinin Azərbaycanın minaprobleminin aktuallığı və problemlərin aradan qaldırılmağı yolundabeynəlxalq dəstəyin vacibliyini vurğuladı. Təmsil etdiyi təşkilatınbu yolda fəaliyyətindən də danışan Q.Tariq bundan sonra da dəstəyinartan templə davam edəcəyini qeyd etdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev dəev sahibi kimi qonaqları salamladı və AMZA heyətinə tədqiqat üçüntəşəkkür etdi. BAMF-ın 25 ildən uzun müddətdir ki, mina problemininhəlli yolunda göstərdiyi səyləri barədə iştirakçılarıməlumatlandıran U.Mirzəyev bu problemlə mübarizədə dövlətqurumlarıyla QHT-lərin qarşılıqlı fəaliyyətinin vacibliyindəndanışdı.

Tədbirin gedişində UNICEF-in Fövqaladə Hallar və PSTM üzrəmütəxəssisi Bəxtiyar Səlimov, Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi yanında ictimai şuranın sədri Professor Elşad Məmmədov,ƏƏSMN-nin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinindirektoru Asif Məcidov, Minadan zərərçəkən. ANAMA yanında ictimaişuranın üzvü Hafiz Əzimzadə, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşıƏfqan Vəliyev, TƏBİB əməkdaşı Elşad Əliyev, Nadir Cəfərov, HafizSəfixanov və digər iştirakçılar söz alaraq tədqiqata və layihəyədair razılıqlarını ifadə etdilər.

Tədbirin sonunda iştirakçılar və təşkilatçılar xatirə fotosuçəkdirdilər.

Minadan
Minadan
Minadan
Minadan
Chosen
42
16
az.trend.az

10Sources