EN

Şabranda millət vəkili qalib idmançıları təltif etdi

  Şabran şəhər 2 nömrəli tam orta məktəb-liseyin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə şəhid İlkin Ağaquliyevin xatirəsinə həsr olunmuş 2009-2010 və 2011-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.
XALQ.AZ  məlumat verir ki, Şəhidlərin xatirəsinin yad edilməsi, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, cüdo idman növünə marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclər arasında idmanın bu növünün təbliğ olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışda Milli Məclisin deputatı Mahir Süleymanlı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran şəhər 2 nömrəli tam orta məktəb-liseyin direktoru Xatirə Ağayeva, Şəhidlərimizin valideynləri, məşqçi-müəllimlər, yeniyetmə idmançılar və rayon sakinlari iştirak etmişdir.
Yarışın açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra qonaqlar çıxış edərək şəhidlərimizə öz hörmət və ehtiramlarını bildirmiş və idmançılara uğurlar arzulamışlar.
56 nəfər yeniyetmə idmançının mübarizə apardığı birinciliyin sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.
Chosen
19
3
xalq.az

4Sources