Təxminən 200 min nəfər Seulda parlament binasının qarşısına toplaşıb.
KONKRET.az xarici KİV-lərə istinadən xəbər verir ki, mitinq iştirakçıları prezident Yun Sok Yolun həbsini tələb edirlər.
Məlumata görə, ölkə prezidenti deputatların ona etimadsızlıq göstərməsindən sonra Konstitusiya Məhkəməsinin qərarına qədər vəzifəsinin icrasından müvəqqəti olaraq kənarlaşdırılıb.
KONKRET.az