Mingəçevir şəhərində ümumi sahəsi 400 m² olan ikimərtəbəli (hər mərtəbəsi 200 m²) obyektin 1-ci mərtəbəsində ümümi sahəsi 65 m² olan anbarda rəflər üzərinə yığılan kassa lenti ilə dolu taralar, bitişik ümumi sahəsi 24 m² olan dəmir barmaqlıqlar arasında 14 ədəd terminal aparatı, 4 ədəd avtomobil şini və yaxınlığında 5 m² sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Bakupost.az-a bildirilib ki, anbarın qalan hissəsi və içərisində olan avadanlıqlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.