EN

Puşkov NATO liderinin planını DE-ŞİFRƏ ETDİ

"NATO-nun baş katibi Mark Rutte avropalıları “Rusiya təhlükəsi” ilə qorxudaraq, yalnız onları hərbi məqsədlər üçün pensiya və sosial müavinətlərdən imtina etməyə inandırmağa çalışır".

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov "Telegram" kanalında bildirib.

Puşkovun fikrincə, indi Avropada heç bir “azadlıq” yoxdur və onu Vaşinqton və Brüsseldə xoş olmayan seçkilərin nəticələrini ləğv etməyə imkan verən diktatura əvəz edir.

Siyasətçi nümunə kimi müxalifətin namizədi Kalin Georgeskuya qələbə gətirən prezident seçkilərinin birinci turunun nəticələrinin bir müddət əvvəl ləğv edildiyi Rumıniyanı göstərib.

Chosen
11
48
publika.az

10Sources