EN

Ağır yaralı Culanini ölümdən bu ölkə xilas edibmiş – SİRR AÇILDI

2019-cu ildə Suriyanın İdlib şəhərində baş verən partlayış nəticəsində ağır yaralanan “Cəbhat ən-Nusra” terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Türkiyə tərəfindən xilas edilmişdi. Türk mənbələrinə əsaslanan xəbərə görə, Culani başından aldığı qəlpə yarası səbəbilə Antakya xəstəxanasına aparılmış, orada əməliyyat olunmuş və komaya düşmüşdü.

Musavat.com həmin gün, 19 fevral 2019-cu ildə dərc olunan xəbəri olduğu kimi xatırladır:

**

Əl-Culani haqqında nə bilirik? - ArabAZ

“Cəbhat ən-Nusra”nın lideri komaya düşdü – Türkiyəyə aparıldı

“Cəbhat ən-Nusra” terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Suriyanın İdlib şəhərində partlayış nəticəsində başından qəlpə yarası alıb.

Bu barədə RİA Novosti agentliyinə türk mənbə məlumat verib.

Partlayış nəticəsində ağır yaralanan Əl Sulaninin Hatay vilayətinin Antakya şəhərində, dövlət xəstəxanasına yerləşdirildiyi deyilir.

Məlumata görə, Əbu Məhəmməd başından əməliyyat olunub. Hazırda o, komadadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, Dəməşq məhkəməsi Əbu Məhəmməd əl-Culani haqqında ölüm hökmü qərarı verib.

19.02.2019

**

Bu halda prezidentliyə namizəd olacaq - Culani ŞƏRTİNİ AÇIQLADI

Türkiyənin rolu və Culani ilə əlaqələr

2014-cü ildə Türkiyənin “Cəbhat ən-Nusra” təşkilatını terror siyahısından çıxarması, ardınca isə 2019-cu ildə liderini ölümdən xilas etməsi Ankara ilə Culaninin isti münasibətləri barədə suallar doğurur. İddialara görə, Culani son illərdəki fəaliyyətində Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri Hakan Fidan ilə yaxın əməkdaşlıq edib və əsas addımlarını məhz onunla məsləhətləşib.

Culani, Suriyada Əsəd rejiminə qarşı ən güclü müxalif qüvvələrdən biri olaraq tanınır. Onun təşkilatı, xüsusilə İdlib bölgəsində, Əsəd rejiminin əsas düşmənlərindən biri kimi fəaliyyət göstərib. Bu fakt, Culaninin Türkiyə üçün bölgədə strateji bir alət kimi istifadə edildiyi iddialarını gücləndirir.
HTŞ-nin transformasiyası: Yeni ideologiya və sivilləşmə

2017-ci ildə Culani rəhbərlik etdiyi təşkilatın adını “Heyət Təhrir əş-Şam” (HTŞ) olaraq dəyişdi. Bu, yalnız ad dəyişikliyi deyildi, həm də təşkilatın ideologiyası və fəaliyyəti ciddi şəkildə yenidən formalaşdırıldı. İddialara görə, bu dəyişikliklərin arxasında Türkiyənin dəstəyi dayanır.

Hələb qalasına Türkiyə bayrağı asıldı

1. Yeni ideologiya:

• HTŞ əvvəlki radikal dini ritorikasından uzaqlaşaraq, daha çox siyasi məqsədli bir təşkilata çevrildi. Türkiyə bu dəyişikliyi dəstəkləyərək, təşkilatın beynəlxalq aləmdə qəbul olunmasını asanlaşdırmaq istəyirdi.

2. Sivilləşmə və imic dəyişikliyi:

• HTŞ döyüşçüləri dini-geyimlərdən mülki geyimə keçdi. Bu, təşkilatın radikal görüntüsünü yumşaltmaq üçün atılmış mühüm addımlardan biri idi. Mülki idarəçilik strukturlarının yaradılması ilə HTŞ bölgədə daha çox siyasi təsirə malik oldu.

Əl-Culani Dəçməşqdə kütlə qarşısına çıxıb

3. Mülki idarəçilik:

• Türkiyənin məsləhəti ilə HTŞ Suriyanın İdlib bölgəsində “Mülki İdarəçilik Şurası” yaratdı. Bu qurum yerli əhalinin ehtiyaclarını qarşılayan inzibati bir struktur olaraq fəaliyyət göstərir.

Türkiyə və HTŞ: Strateji tərəfdaşlıq

Türkiyənin HTŞ-nin transformasiyasına verdiyi dəstək, Ankaranın Suriyadakı çoxvektorlu siyasətinin bir hissəsi kimi qəbul edilir. HTŞ-nin dəyişimi ilə Ankara Suriyada həm Əsəd rejiminə qarşı mübarizədə, həm də beynəlxalq terror siyahılarından çıxarmaq məqsədilə təşkilatın legitimliyini artırmağa çalışır.

Suriyada müxalifətin rəhbəri Rusiya barədə danışdı

Ankara və Orta Şərqdə müdrik siyasət

Əbu Məhəmməd əl-Culani və rəhbərlik etdiyi HTŞ-nin dəyişən mövqeyi, Türkiyənin Orta Şərqdə nə qədər incə işlədiyini göstərir. Ankara, bir tərəfdən beynəlxalq münasibətlərdə balansı qorumağa çalışarkən, digər tərəfdən bölgədə təsirini artırmaq üçün yerli qüvvələrlə strateji əməkdaşlığa önəm verir. Culaninin həyatı və HTŞ-nin transformasiyası bu siyasətin ən bariz nümunələrindən biridir.

Türkiye'de yaşayan Suriyeliler Esed rejiminin devrilmesini kutladı

Türkiyənin bu cür siyasəti, həm onun Suriyada mövcudluğunu gücləndirir, həm də beynəlxalq səhnədə ona mühüm üstünlüklər qazandırır.

Chosen
29
50
medianews.az

10Sources