EN

Bu ölkədə elektron siqaret qadağan olundu - Cərimələr olacaq

Dekabrın 15-dən Maldiv Respublikasında elektron siqaret qadağası qüvvəyə minəcək.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, qadağa parlamentin noyabrın 12-də qəbul etdiyi Tütünlə Mübarizə Aktına edilən Birinci Düzəliş çərçivəsində həyata keçirilir.

Qanun layihəsi elektron siqaretlərin, veyp cihazlarının, eləcə də bu cür cihazlarla istifadə üçün nəzərdə tutulmuş hissələrin idxalını, satışını, pulsuz paylanmasını və istifadəsini qadağan edir. Qanunu pozanlara cərimələr tətbiq olunacaq.
Chosen
21
2
sherg.az

3Sources