Qroznıda bu səhər baş verən pilotsuz uçan aparat (PUA) hücumunun yeni görüntüləri yayımlanıb.
Musavat.com xəbər verir ki, yerli müxalif mənbələrin məlumatına görə, Ukraynaya məxsus PUA yalnız OMON bazasını və 2-ci polku deyil, eyni zamanda yeni əsgərlərin müharibəyə göndərildiyi hərbi bazanı da hədəf alıb.
Hadisənin nəticələri və təsirləri barədə hələlik dəqiq məlumat verilməyib.