İranın Yəzd və Zahidan zindanlarında ümumilikdə 10 məhbus dar ağacından asılıb.
Bu barədə informasiyanı İran İnsan Haqları Təşkilatı yayıb.
Məlumata görə, 5 etnik bəluç, bir qadın, eləcə də daha bir məhbus Yəzd həbsxanasında, daha üç məhbusun isə edam hökmü Zahidan zindanında həyata keçirilib.
Bildirilib ki, məhbuslar “narkotik qaçaqmalçılığı”nda və “qəsdən adam öldürmə”də günahlandırılıblar.