ABŞ Respublikaçılar Partiyası ölkədə yay vaxtına keçidin dayandırılması üçün hər cür səy göstərəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın yeni Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu səbəbdən ABŞ çoxlu pul itirir.
“Yay vaxtına keçid ölkəmiz üçün əlverişsizdir və çox baha başa gəlir”, – siyasətçi Truth Social-da yazıb.