EN

Rusiya hərbi qüvvələrini Suriyadan çıxartmayıb - "Hər ölkənin bölgədə planları var"

"Rusiya hərbi qüvvələrinin hamısnı Suriyadan çıxartmayıb. Düşünmürəm ki, onlar hazırda oradan ayrılsınlar".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Yaşar Gülər "TRT"yə açıqlamasında deyib.

"Rusiyanın Suriyadan qoşunlarını tamamilə çıxardığına dair heç bir aydın əlamət yoxdur. Onlar texniki xidmət üçün bəzi gəmiləri Rusiyaya köçürə bilərlər. Ruslar orada qalmaq üçün əllərindən gələni edəcəklər. Əvvəllər Rusiya rəsmi məlumat verdi ki, onlar Suriyanın yeni hakimiyyət orqanları ilə bu məsələ ilə bağlı danışıqlar aparırlar və mövcudluğu davam etdirəcəklər”, - deyə Gülər söyləyib.

Nazir, həmçinin bildirib ki, Rusiya Suriyanın müxtəlif nöqtələrində, Tartus və Latakiyada müxtəlif sayda qoşunlarını toplayıb: "Biz dedik ki, bununla bağlı onlara lazımi dəstəyi verə bilərik. Amma bununla bağlı hələ ki, heç bir müraciət olmayıb. Bölgədə baş verən son hadisələrdən sonra hər bir ölkənin bu bölgədə öz planları var. Biz hamını diqqətlə izləyirik".

Rusiya Suriyada iki hərbi obyektə - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzinə və Latakiya əyalətinin Cebla şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazasına malikdir. Tartusdakı sovet bazası 1971-ci ildə ikitərəfli razılaşmaya əsasən, yaradılıb. Rusiya Aerokosmik Qüvvələrinin Suriyadakı aviasiya qrupu isə 2015-ci il sentyabrın 30-da İŞİD terror qruplaşması ilə mübarizədə Suriya ordusuna dəstək məqsədilə ərazidə yerləşdirilib.


Müəllif: Ceyhun Alışlı
Chosen
45
50
teleqraf.com

10Sources